Düşmən ordusunda rəzalət: Erməni əsgərin silahı ayaqyoluna atıldı

2017/10/17_10_27_15090818143456_1509089870.jpg
Oxunub: 448     15:35     27 Oktyabr 2017    
Ermənistan ordusunda "dedovşina"halları getdikcə artır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə nazirliyinə məxsus hərbi hissələrin birində xidmət edən erməni əsgəri təbii ehtiyacını ödədiyinə görə, əsgər yoldaşı tərəfindən döyülüb və hadisə sonununcuya məxsus avtomat silahının ayaqyoluna atılması ilə başa çatıb.

Faktla bağlı açılan cinayət işi Sisyan rayon məhkəməsinə göndərilib.

İttihama görə, K.H. adlı erməni əsgəri müşahidəçi kimi xidmətdə aparakən yatıb, daha sonra isə, döyüş mövqeyində təmizlənən əraziyə öz təbii ehtiyaclarını ödəyib. Buna görə, o, digər erməni əsgəri A.P tərəfindən döyülüb.

Nəticədə, K.H xidmət yoldaşından qisas almaq məqsədilə, döyüş mövqeyinin qazmasında yerləşən silah saxlama yerinə daxil olaraq, gizli şəkildə ona məxsus avtomat silahını götürüb və silahı döyüş mövqeyində yerləşən ayaqyoluna atıb.

Hazırda, əsgərin həbs edildiyi bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Dedovşina  


Bizi "telegram"da izləyin