Ermənistan Müdafiə Nazirliyində ciddi dəyişikliklər olacaq

2017/10/JFY0Ok_15054845423454353_1509085519.jpg
Oxunub: 437     14:11     27 Oktyabr 2017    
Ermənistan müdafiə nazirliyində yalnız kadrlar deyil, həmçinin böyük struktur dəyişikliklərinin aparılması gözlənilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyi daxilində müxtəlif idarələrin, şöbələrin ixtisara salınması və ya birləşdirilməsi, yeni orqanların yaradılması istiqamətində struktur dəyişiklikləri üzərində iş gedir.

İşlərin idarə edilməsi sahəsində, müdafiə nazirliyinin satınalma idarəsinin də daxil ediləcəyi birgə idarənin yaradılması müzakirə edilir.

Məlumata görə, nazirlik tərkibində kadr dəyişiklikləri artıq yerdəyişmələr yolu ilə başlayıb.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin vəzifəsi konstitutsiyada ayrıca maddə (155) olaraq göstərilib. Burada, bu sahənin əsas siyasi istiqamətlərinin təhlükəsizlik şurası tərəfindən müəyyən edildiyi qeyd edilir. Nazir isə, silahlı qüvvələrə rəhbərliyi həyata keçirir.

Xatırladaq ki, bir neçə gündür Ermənistan parlamentində "Hərbi xidmət və hərbi ximətin statusu haqqında" qanun layihəsi müzakirə olunur. Müzakirə, cəmiyyət o cümlədən hakimiyyət daxilində narahatlıqlara səbəb olub. Bu baxımdan, Serj Sarkisyanın 2017-ci ilin aprelinə qədər öz dayaqlarını formalaşdırması üçün, hərbi xidmətdə olmayan nazir və deputatları "təmizləmə" adı altında işdən uzaqlaşdırması istisna edilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Serj-Sarkisyan  


Bizi "telegram"da izləyin