“IDA Türkiyə” tədbiri ilk dəfə xaricdə keçiriləcək

2026/06/Ekran-1781694105.jpg
Oxunub: 196     14:57     17 İyun 2026    
Müdafiə və aviasiya sənayesində sənaye əməkdaşlığına həsr olunmuş “IDA Türkiyə” tədbiri ilk dəfə ölkə xaricində təşkil olunacaq.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində tədbirin ilk beynəlxalq təşkilatı 2027-ci ilin sentyabr ayının sonunda İspaniyanın Valensiya şəhərində keçiriləcək.

Ankarada iki ildən bir təşkil olunan “IDA Türkiyə - Müdafiə və Aviasiyada Sənaye Əməkdaşlığı Günləri”nin beynəlxalq səviyyəyə çıxarılması ilə bağlı qərar Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün təsdiqi ilə rəsmiləşib.

Layihəyə əsasən, tədbir iki ildən bir Türkiyədə, digər iki ildən bir isə xaricdə təşkil ediləcək.

Valensiya Regional Hökuməti, OSSA Müdafiə və Aviasiya Klasteri, “NGF Sərgiçilik” şirkəti və İspaniyanın “Feria Valencia” şirkəti arasında niyyət sazişi “Eurosatory 2026” sərgisində imzalanıb.

İmzalanma mərasimində Valensiya Regional Hökumətinin sənaye üzrə nazir müavini və baş katibi Felipe Karrasko, OSSA İdarə Heyətinin sədri İbrahim Ersan, həmçinin NGF və “Feria Valencia” nümayəndələri iştirak ediblər.

Planlaşdırmaya əsasən, 2026-cı ilin oktyabrında İspaniya nümayəndə heyəti Ankarada keçiriləcək tədbirdə iştirak edəcək. Türkiyə müdafiə sənayesi nümayəndələri isə 2027-ci ilin sentyabr ayının sonunda Valensiyada keçiriləcək ilk beynəlxalq IDA tədbirində bir araya gələcəklər.

Tədbirin əsas məqsədi insansız dəniz platformaları sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Türkiyə ilə İspaniya müdafiə sənayesi şirkətləri arasında yeni tərəfdaşlıqların qurulmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IDA-Türkiyə   Tədbir  


Bizi "telegram"da izləyin