Ordu.az xəbər verir ki, bu barədə pontifik "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"İran və ABŞ arasında iyunun 19-da imzalanacaq razılaşmanı dialoq çərçivəsindəki səbirli işin ümidverici nəticəsi kimi məmnuniyyətlə qarşılayıram. Tərəflər arasında görüşün təşkilinə kömək edən və bu razılaşmanın əldə olunmasını mümkün edən ölkələrə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, razılaşma xalqlar arasında dialoq və əməkdaşlığın inkişafına töhfə verərək, Yaxın Şərqdə qarşılıqlı etimadı, təhlükəsizliyi və sabitliyi möhkəmləndirməyə kömək edəcək", - XIV Lev qeyd edib.
Ordu.az