Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb - FOTOLAR

2026/06/17816-12471849355.jpg
Oxunub: 203     14:22     17 İyun 2026    
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.

Ordu.az xəbər verir ki, Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində "Frutti Aqro" MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər.

Onlara burada görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, bu gün, həmçinin Əlaqələndirmə Qərargahının növbəti iclasının keçirilməsi və bir sıra müəssisələrə səfərlərin təşkili nəzərdə tutulub.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlaqələndirmə-Qərargahı   Ağdərə   Xocalı  


Bizi "telegram"da izləyin