Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Diplomatın sözlərinə görə, Ukraynanın üzvlük üçün tələb olunan şərtləri yerinə yetirməyə hazır olduğu artıq hər kəs tərəfindən görünür.
Maternova qeyd edib ki, danışıqların tematik klasterləri çoxsaylı dəyişikliklər tələb etsə də, hazırda söhbət konkret sahələr üzrə rəsmi texniki danışıqlardan gedir.
Onun sözlərinə görə, sonrakı mərhələlərin vaxtı Ukraynanın zəruri qanunvericilik və institusional islahatları nə qədər sürətlə həyata keçirəcəyindən asılı olacaq.
Səfir ümid etdiyini bildirib ki, qalan danışıqlar klasterləri artıq bu yay açılacaq. Bundan sonra Kiyev əlavə razılaşdırma mərhələsindən keçməli və bir sıra aralıq tələbləri yerinə yetirməlidir.
Maternova hesab edir ki, Ukrayna qanunvericiliyinin Avropa İttifaqı normalarına uyğunlaşdırılması sahəsində əldə edilən mövcud səviyyə artıq üzvlüklə bağlı konkret danışıqlara başlamağa imkan verir.
2026-cı il iyunun 15-də Avropa İttifaqı Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqların ilk klasterini rəsmi olaraq açıb. Mərasim Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə keçirilib.
Danışıqlar prosesi altı tematik klasterə bölünüb və qanunvericiliklə siyasətin müxtəlif istiqamətlərini əhatə edir. Birinci klaster hüququn aliliyi, demokratik institutların fəaliyyəti və dövlət idarəçiliyi kimi fundamental məsələlərə həsr olunub.
Maternova bildirib ki, üzv dövlətlər arasında yekdil razılıq əldə etmək vacib idi və bu qədər mürəkkəb qanunvericilik bazasının qəbul edilməsi asan proses deyil.
Birinci klasterin açılması hazırlıq mərhələsindən praktiki iş mərhələsinə keçid deməkdir. Bu çərçivədə Avropa İttifaqı milli qanunvericiliyin Avropa standartlarına uyğunluğunu və islahatların gedişatını qiymətləndirəcək.
Sevinc Əliyeva
Ordu.az