Rusiyanın MN La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıldığını bildirib

2026/06/1781639993.jpg
Oxunub: 171     23:49     16 İyun 2026    
Rusiya Müdafiə Nazirliyi “Admiral Qriqoroviç” freqatının ekipajının La-Manş boğazında Britaniyanın “Bright Future” yelkənli yaxtasının hərəkət istiqamətinə xəbərdarlıq atəşi açdığını bəyan edib.

Ordu.az xəbər verir ki, Rusiya tərəfinin iddiasına görə, yaxta hərbi gəmiyə təhlükəli şəkildə yaxınlaşıb.

Nazirliyin məlumatına əsasən, insident iyunun 16-sı yerli vaxtla saat 12:45 radələrində baş verib.

Rusiya hərbçiləri bildiriblər ki, Böyük Britaniya bayrağı altında üzən yaxta freqata yaxınlaşma kursu ilə hərəkət edib və beynəlxalq radiokanal vasitəsilə əlaqə yaratmaq cəhdlərinə cavab verməyib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, freqatın ekipajı əvvəlcə yaxtanın diqqətini cəlb etmək üçün siqnal raketləri və səs siqnallarından istifadə edib.

Gəmilər arasındakı məsafə təxminən 150 metrə qədər azaldıqdan sonra gəmi komandiri atıcı silahlardan yaxtanın hərəkət istiqamətinə xəbərdarlıq atəşi açılması barədə qərar qəbul edib.

Rusiya tərəfinin iddiasına görə, xəbərdarlıq atəşlərindən sonra yaxta kursunu dəyişərək hərbi gəmidən uzaqlaşmağa başlayıb.

Nazirlikdə vurğulanıb ki, freqatın ekipajı beynəlxalq dənizçilik qaydalarına uyğun hərəkət edib və insidentin qarşısını almaq üçün zəruri tədbirlər görüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Britaniya  


Bizi "telegram"da izləyin