Erməni generala qarşı cinayət təqibinin dayandırılması ilə bağlı vəsatət rədd edilib

2026/06/1781629812.jpg
Oxunub: 197     21:07     16 İyun 2026    
Erməni general-leytenant Tiran Xaçatryana qarşı aparılan cinayət təqibi dayandırılmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri məlumat yayıb.

Məlumata görə, İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsi hakim Ani Danielyanın sədrliyi ilə keçirilən iclasda cinayət təqibinin dayandırılması barədə vəsatəti rədd edib.

Vəsatətin əsasını, xüsusilə, cinayət təqibinin aparılması müddətlərinin pozulması ilə bağlı arqument təşkil edib.

Xaçatryana qarşı ittiham 2023-cü ilin sentyabrında hərbi əməliyyatların baş verdiyi günlərdə İrəvanda qeydə alınmış insidentlə əlaqədar “xuliqanlıq” maddəsi ilə irəli sürülüb.

Həmin günlərdə İrəvanda etiraz aksiyaları keçirilirdi. Aksiyalardan biri zamanı sürücülərdən biri avtomobili etirazçıların üzərinə sürüb və bu zaman Tiran Xaçatryan əl ilə zərbə endirib.

Qeyd olunan iş üzrə Xaçatryan 2023-cü ilin noyabrında şübhəli şəxs qismində dindirilməyə çağırılıb, ifadə verməkdən imtina edib. Bundan sonra isə təxminən üç il ərzində iş üzrə hər hansı aktiv hərəkət aparılmayıb və Xaçatryan faktiki olaraq təqib olunan şəxs statusunda qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçatryan   Ermənistan  


Bizi "telegram"da izləyin