Kiyevə kütləvi hücum: Üç yaralı var, Kiyev-Peçersk Lavrasında böyük yanğın baş verib

2026/06/1781498335.jpg
Oxunub: 291     08:39     15 İyun 2026    
Kiyevə qarşı həyata keçirilən kütləvi raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində azı üç nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

“Kiyevin kütləvi raket atəşinə tutulması davam edir. Yeni buraxılışlar qeydə alınıb. Hazırda ən azı 16 zərər görmüş məkan müəyyən edilib. Sığınacaqlarda qalın”, - deyə Tkaçenko “Telegram” kanalında yazıb.

O əlavə edib ki, hazırda üç yaralının olduğu təsdiqlənib və bəzi ərazilərdə insanlara yardım göstərilməsi çətinləşib.

Tkaçenkonun sözlərinə görə, hücum nəticəsində Kiyev-Peçersk Lavrası ciddi zərər görüb.

“Əməliyyat məlumatlarına əsasən, Lavra ərazisində zərər böyükdür və ciddi yanğın baş verib. Ruslar xristian dünyasının ən böyük müqəddəs məkanlarından birinin mərkəzinə ŞÜURLU şəkildə zərbə endiriblər”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin