Aİ yeni üzvlərin hüquqlarını 15 ilə qədər məhdudlaşdırmaq istəyir

2026/05/1779474489.jpg
Oxunub: 185     12:49     15 İyun 2026    
Avropa İttifaqı gələcək üzv dövlətlər üçün yeni üzvlük şərtləri hazırlayır və bu şərtlər ölkələrin hüquqlarının 5 ildən 15 ilə qədər məhdudlaşdırılmasını, o cümlədən veto hüququndan məhrum edilməsini nəzərdə tutur.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.

Onun sözlərinə görə, yeni qaydalar Ukrayna və Moldovanı da əhatə edə bilər.

“Bu, üzvlük sazişlərinin yeni nəsli olacaq və burada yeni qoruyucu təminatlar yer alacaq. Həmin mexanizmlər sizin qeyd etdiyiniz məsələni, yəni veto hüququnun tətbiq edilməməsini təmin etməyə imkan verəcək ki, yeni üzvlərin hətta 5, 10 və ya 15 il sonra da Avropa qaydalarına əməl etdiyinə əmin olaq”, - deyə Kos bildirib.

O, bu fikirləri Ukraynanın üzvlük əldə etdikdən sonra veto hüququndan nəzarətsiz şəkildə istifadə edə biləcəyi ilə bağlı narahatlıqlara cavab olaraq səsləndirib.

Xatırladaq ki, 2022-ci ilin iyununda Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd ölkə statusu verib.

Aİ rəsmiləri dəfələrlə etiraf ediblər ki, həmin qərar əsasən simvolik xarakter daşıyıb və məqsəd Kiyev və Kişinyova Moskva ilə qarşıdurmada siyasi dəstək göstərmək olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin