Çinin “Lijian-1” raketi səkkiz peyki orbitə çıxarıb

2026/06/1781513368.jpg
Oxunub: 185     12:47     15 İyun 2026    
Çin “Lijian-1 Y14” daşıyıcı raketinin növbəti buraxılışı ilə əvvəlcədən hesablanmış orbitə səkkiz peyki uğurla çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, orbitə çıxarılan aparatların arasında “Jixin Gaofen-07C04” peyki də yer alıb.

Bildirilir ki, bütün peyklər nəzərdə tutulmuş orbitlərə uğurla çatdırılıb və missiya tam şəkildə uğurla başa çatıb.

Raketin buraxılışı bazar ertəsi Pekin vaxtı ilə saat 11:44-də Çinin şimal-qərbində yerləşən “Dongfeng” kommersiya kosmik innovasiya sınaqları zonasından həyata keçirilib.

Qeyd olunur ki, bu, “Lijian-1” seriyalı daşıyıcı raketlərin 14-cü uçuşu olub və bu göstərici sistemin istismar sahəsində böyük təcrübə topladığını nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Peyk  


Bizi "telegram"da izləyin