Ordu.az xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı İsrail mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu Trampa İsrailin Livandakı qoşunlarını geri çəkməyəcəyini və İranla mümkün razılaşmada yer alan “Livan qeyd-şərti” ilə özünü bağlı hesab etmədiyini bildirib.
“Netanyahu Trampa açıqlayıb ki, İsrail Müdafiə Ordusu Livanda nəzarət etdiyi mövqelərdə qalacaq və “Hizbullah”ın yaratdığı təhlükəyə qarşı əməliyyatları davam etdirəcək”, - deyə portal qeyd edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp və İran xarici işlər nazirinin müavini Kazem Qarib Abadi qarşılıqlı anlaşma memorandumunun hazırlanmasının başa çatdığını bildirmişdilər.
İsveçrədə iyunun 19-da imzalanması planlaşdırılan sənədin İran xarici siyasət idarəsinin rəhbərliyinin açıqlamasına görə bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az