"ABŞ İranın neft ixracına yol verməyəcək" - Rubio

2026/05/1779771048.jpg
Oxunub: 204     18:36     13 İyun 2026    
Amerika tərəfi İran neftinin "qanunsuz daşınmasına" və İrana qarşı dəniz blokadasını pozmaq cəhdlərinə yol verməyəcək.

Ordu.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon danışığı zamanı bildirib.

"İki rəsmi şəxs Hörmüz boğazında baş verən son hadisələri müzakirə edib. Dövlət katibi bütün ticarət gəmilərinin boğazda sülhün və təhlükəsizliyin qorunmasına sadiq olan ABŞ hərbi qüvvələrinin əmrlərinə dərhal əməl etməli olduğunu vurğulayıb", - deyə açıqlamada bildirilib.

"O, xüsusilə vurğulayıb ki, Amerika blokadasının pozulmasına və İran neftinin qanunsuz daşınmasına yol verilməyəcək", - deyə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin