İranın bəzi deputatları ABŞ ilə danışıqlara qarşıdır

2026/05/1778352047.jpg
Oxunub: 191     19:15     13 İyun 2026    
İran parlamentinin bəzi deputatları ABŞ ilə danışıqların aparılmasına qarşı çıxır.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bunu iranlı deputat Mehrdad Bauj Lahuti deyib.

"Bəzi deputatların danışıqlara etirazları axına qarşı üzməkdir", - o bildirib əlavə edib ki, belə siyasətçilərin sayı azdır.

Lahutinin sözlərinə görə, ABŞ ilə danışıqlar buna etirazların olması kimi qaçılmazdır.

Qeyd edə ki, ABŞ ilə İran arasında danışıqlar davam edir və razılaşma imzalanmaq üzrədir. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dəqiq tarixi açıqlamasa da, imzalanmanın yaxın günlərdə həyata keçirilçməsinin mümkünlüyünə eyham vurub. Onun sözlərinə görə, bu mərhələdə İranın nüvə proqramı müzakirə predmeti deyil.

Digər xəbərdə isə İranın dondurulmuş səhmlərinin yarısının ABŞ ilə danışıqların ilkin mərhələsində geri qaytarılacağı qeyd olunub. Qətər tərəfinin planına əsasən, İran 12 milyard dollar əldə edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Deputat  


Bizi "telegram"da izləyin