Ordu.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında açıqlayıb.
"Digər tərəfdaşlarımız kimi, Hindistanla əməkdaşlığımız da siyasi mülahizələrə tabe deyil. Heç kim bizə deyə bilməz: "Hindistanı təchiz etməyin." Heç kim bizə bunu heç vaxt deməz. Özümüz üçün doğru hesab etdiyimiz şeyi edəcəyik və tərəfdaşlarımız, xüsusən də Hindistan kimi tərəfdaşlarımız qarşısında öhdəliklərimizi həmişə yerinə yetirəcəyik. Biz bu qaydalara uyğun olaraq belə fəaliyyət göstəririk. Və belə də fəaliyyətimizi davam etdirəcəyik", - deyə Rusiya lideri bildirib.
Ordu.az