Ermənistanın keçmiş təhsil naziri bir aylıq həbs edilib

2026/06/1780690802.jpg
Oxunub: 269     00:17     06 İyun 2026    
Ermənistanın keçmiş təhsil naziri və müxalif siyasətçi Armen Aşotyan barəsində bir aylıq həbs qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Aşotyan və daha altı nəfər barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları üzrə cinayət işi çərçivəsində istintaq aparılır.

Xatırladaq ki, bu gün Ermənistan İstintaq Komitəsi yeddi nəfərin, o cümlədən Armen Aşotyanın saxlanılması barədə qərar qəbul etmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Ermənistan  


Bizi "telegram"da izləyin