Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Qərara əsasən, 1 nömrəli terminal 2026-cı il iyunun 28-dən daxili reyslər, iyulun 1-dən isə beynəlxalq gəliş və gedişlər üçün yenidən istifadəyə veriləcək.
Qeyd olunur ki, bu addım yay mövsümündə sərnişin axınının artdığı dövrdə hava limanının buraxılış qabiliyyətini yüksəltmək məqsədi daşıyır.
Əsasən büdcəli aviaşirkətlərə xidmət göstərən terminal İranla hərbi əməliyyatların başlamasından sonra, 2026-cı il fevralın 28-də İsrail hava məkanının xarici aviaşirkətlər üçün əlçatmaz hala gəlməsi fonunda müvəqqəti bağlanmışdı.
Həmin vaxtdan etibarən bütün daxili və beynəlxalq reyslər 3 nömrəli terminal vasitəsilə həyata keçirilirdi.
İsrail rəsmiləri hesab edirlər ki, 1 nömrəli terminalın fəaliyyətinin qismən bərpası əsas terminalın yükünü azaldacaq və yay mövsümündə sərnişinlərə xidmət prosesini sürətləndirəcək.
Sevinc Əliyeva
Ordu.az