Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

2025/06/thumb-1750703964.jpg
Oxunub: 267     12:13     15 İyun 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım olunub.

"Qardaşlığımız Əbədidir! Can Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edir, dost və qardaş ölkə Azərbaycanın xalqına salam və səmimi ehtiramımızı çatdırırıq. "Bir Millət, İki Dövlət" anlayışı ilə könül bağlarımızı daha da möhkəmləndirməyə və hər bir şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik", - deyə paylaşım mətnində qeyd edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN   Azərbaycan  


Bizi "telegram"da izləyin