Ordu.az xəbər verir ki, bu, "Bild" qəzetinin sifarişi ilə INSA tərəfindən keçirilmiş növbəti sorğunun məlumatlarından aydın olur.
Nəticələrə görə, sorğuda iştirak edənlərin yalnız 15 %-i Mertsin fəaliyyətini bəyənir. Aprel ayının sonu ilə müqayisədə bu göstərici 4 faiz bəndi (f.b.) azalaraq antirekord qırıb. Eyni zamanda, 77 % (üstəgəl 6 f.b.) kanslerdən narazıdır, daha 8 % isə cavab verməkdə qərarsız qalıb.
Merts hökumətinin işindən respondentlərin yalnız 16 %-i razıdır, 78 %-i isə onu mənfi qiymətləndirir.
Həmçinin INSA-nın məlumatına görə, Xristian Demokratik və Xristian Sosial İttifaqları (XDP/XSİ) blokunun reytinqi 21 %-ə düşüb. "Almaniya üçün Alternativ"dən (AfD) geriləmə artıq 8 faiz bəndi təşkil edir.
Qeyd olunur ki, XDP/XSİ üçün bu, 2021-ci ilin sonundan bəri ən pis göstəricidir. Kansler Fridrix Mertsin (XDP sədri) dövründə mühafizəkar bloka dəstək səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb.
Respondentlərin 29 %-i AfD-yə səs verməyə hazırdır.
İyunun əvvəlində keçirilən sorğularda təxminən 2300 nəfər iştirak edib.
Ordu.az