"Hizbullah" İsrail və Livanın razılaşması fonunda tərk-silah olmayacağını açıqlayıb

2026/05/1780211827.jpg
Oxunub: 186     05:25     04 İyun 2026    
"Hizbullah" qruplaşması İsrail və Livanın atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlməsinə münasibət bildirib.

Ordu.az-ın "Fars" agentliyinə istinadən xəbərinə görə, "Hizbullah"ın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati heç bir qüvvənin Livan müqavimətini tərk-silah olmağa məcbur edə bilməyəcəyini deyib.

"ABŞ və İsrailin bütün səyləri uğursuzluqla nəticələnəcək. Qarşıdurma davam edir və müqavimət hələ də ayaqdadır", - M. Qəmati qeyd edib.

"ABŞ və İsrailin müqavimətin silahları ilə bağlı heç bir hüququ yoxdur, çünki bu, Livanın daxili məsələsidir", - "Fars" onun sözlərindən sitat gətirib.

Daha əvvəl ABŞ Dövlət Departamenti İsrail və Livan nümayəndə heyətlərinin ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəldiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail   Livan  


Bizi "telegram"da izləyin