Çin ABŞ-nin Yaponiyada raket sistemləri yerləşdirməsinə qarşı çıxıb

2026/05/1779188158.jpg
Oxunub: 367     16:39     22 May 2026    
Çin ABŞ-nin Yaponiya ərazisində orta mənzilli “Typhon” raket sistemləri yerləşdirmək planlarına qəti şəkildə qarşı olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo SzyaKun brifinq zamanı açıqlama verib.

O bildirib ki, Çin ABŞ-nin Asiya ölkələrində orta mənzilli raket sistemləri yerləşdirməsinə kəskin etiraz edir.

Diplomat “Typhon” sistemini strateji hücum silahı adlandırıb.

Qo SzyaKun qeyd edib ki, bu addımlar digər ölkələrin qanuni təhlükəsizlik maraqlarına zərər vurur, hərbi qarşıdurmanı gücləndirir və silahlanma yarışının risklərini artırır.

Çin Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Tokionun həmin sistemləri yerləşdirməyə hazır olması Yaponiyanın yenidən silahlanmanı sürətləndirdiyini və “uzunmüddətli müharibəyə” hazırlaşdığını göstərir.

Nazirlik nümayəndəsinin sözlərinə görə, bu addım müharibədən sonrakı beynəlxalq nizama çağırışdır və regionda yeni qeyri-sabitlik riski yaradır.

Pekin Vaşinqton və Tokionu bu planlardan imtina etməyə çağırıb.

Bundan əvvəl “Kyodo” agentliyi ABŞ Silahlı Qüvvələrinin iyun-sentyabr aylarında keçiriləcək təlimlər zamanı “Typhon” komplekslərini Kaqosima prefekturasındakı Kanoya aviabazasında yerləşdirməyi planlaşdırdığını yazmışdı.

Məlumata görə, “Typhon” sistemləri ilə yanaşı HIMARS yaylım atəşli reaktiv sistemləri də təlimlər çərçivəsində bölgəyə yerləşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin