ABŞ-də çox satılan “Yavuz 2311” üç nişanalma sistemi ilə diqqət çəkir - VİDEO

2026/05/1779450539.jpg
Oxunub: 401     15:46     22 May 2026    
Türkiyənin silah sənayesində fəaliyyət göstərən “Yavuz Tabanca” şirkəti EFES-2026 təlimində məhsullarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, şirkət təlim çərçivəsində ABŞ bazarında geniş maraq görən “Yavuz 2311” tapançasını təqdim edib.

“Girsan Tabanca”nın İstanbul regional müdiri Orhan Cibooğlu “Defensehere.com”a açıqlamasında bildirib ki, məhsul ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

O qeyd edib ki, şirkət bu il xüsusilə “Yavuz 2311” modelini tanıtmaq məqsədilə sərgidə iştirak edib.

“Bu il sərgiyə ABŞ-də çox satılan “Yavuz 2311” tapançamızı gətirdik. Bu, çox xüsusi tapançadır. Həm tam atış tapançasıdır, həm də daşımaq üçün uyğundur. Öz kompensatoruna malik yeganə tapançadır”, - deyə Cibooğlu bildirib.

Onun sözlərinə görə, “Yavuz 2311” performans yönümlü hazırlanıb. Cibooğlu qeyd edib ki, silah 17+1 patron tutumuna malikdir, tətiyin çəkilmə ağırlığı 1 kilo 700 qramdır və reset məsafəsi olduqca qısadır.

O bildirib ki, bu xüsusiyyətlər tapançanı ardıcıl atışlar üçün olduqca əlverişli edir və məhsul Türkiyədə ciddi maraq doğurub. Şirkət nümayəndəsi əlavə edib ki, tapançanın üst hissəsi poladdan, gövdə və qulp hissəsi isə polimer materialdan hazırlanıb.

“810 qram çəkisi olan bu tapançada üç fərqli nişanalma sistemi istifadə olunur. Bu xüsusiyyətinə görə Türkiyədə yeganə tapança hesab edirik. 17+1 patron tutumu da silaha əlavə üstünlük qazandırır. Həm hərbçilər, həm polis əməkdaşları, həm də xarici qonaqlar tərəfindən ciddi maraq gördük”, - deyə o vurğulayıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yavuz-Tabanca   Yavuz-2311  


Bizi "telegram"da izləyin