Ordu.az xəbər verir ki, yarış 2026-cı il iyunun 2-dən 13-dək Macarıstanın Bujak bölgəsində keçiriləcək.
Avropada tapança atıcılığı üzrə ən böyük tədbirlərdən biri hesab olunan çempionatda 58 ölkədən 1500-dən çox peşəkar atıcının iştirakı gözlənilir.
Üç ildən bir keçirilən “IPSC Handgun European Championship” yarışması atıcılıq idmanına marağın artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və markaların qlobal görünürlüğünün artırılması məqsədi daşıyır.
“CANiK” çempionatın ən çox izlənilən və şou xarakterli hissəsi hesab olunan “Shoot-Off” final mərhələsinin əsas sponsoru qismində çıxış edəcək. Şirkət bu əməkdaşlıq sayəsində həm yarış meydanında, həm də qlobal media yayımlarında yüksək səviyyədə tanıtım imkanı əldə edəcək.
“CANiK” eyni zamanda beynəlxalq uğurları ilə tanınan peşəkar idmançıları ilə də medal uğrunda mübarizə aparacaq. 2025-ci ildə keçirilən “IPSC Handgun World Shoot” yarışında “Production Optics” kateqoriyasında 419 peşəkar atıcı arasında ilk beşliyə daxil olan Hilfred Siebrits çempionatda “CANiK” adından çıxış edəcək.
Turnirdə həmçinin Taha Oğuzhan Kaymak və Neil Kavill Taylor da “CANiK” komandasının heyətində podium uğrunda yarışacaq. “CANiK”in baş icraçı direktoru Cahit Utku Aral bildirib ki, şirkət “IPSC Handgun European Championship 2026” kimi nüfuzlu yarışın sponsoru olmaqdan qürur duyur.
O qeyd edib ki, “CANiK” yalnız yüksək standartlara malik məhsullar hazırlamır, eyni zamanda atıcılıq idmanının beynəlxalq səviyyədə inkişafına da töhfə verir.
Aral vurğulayıb ki, şirkət 28 ildən artıq təcrübəsi ilə yüksək performanslı yarış tapançalarının istehsalında dünyanın aparıcı markaları sırasında yer alır.
“CANiK” olaraq hər zaman idmançıların yanında olmuşuq və atıcılıq mədəniyyətinin inkişafını dəstəkləmişik. İdmançılar üçün olimpiya səviyyəsində qəbul olunan IPSC çempionatlarına böyük önəm veririk. Həm sponsor kimi iştirak etməyimiz, həm də IPSC Dünya Çempionatında 5-ci olan “Hilfred Siebrits” kimi güclü idmançılarla yarışacaq olmağımız bizim üçün xüsusi qürur mənbəyidir”, - deyə Aral bildirib.
Sevinc Əliyeva
Ordu.az