Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il mayın 21-də Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qərar həmin regionlarda “Ebola” virusunun “Bundibuqyo” ştamının yayılması ilə əlaqədar qəbul olunub.
“CDC ABŞ-yə gəlməzdən əvvəl son 21 gün ərzində Konqo Demokratik Respublikasında, Uqandada və ya Cənubi Sudanda olmuş xarici vətəndaşların ölkəyə girişinin dayandırılması barədə göstəriş verib”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, son 21 gün ərzində bu ölkələrdə olmuş ABŞ vətəndaşlarına və ölkənin daimi yaşayış icazəsinə malik şəxslərə ABŞ ərazisinə girişə icazə veriləcək.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin qərarına əsasən, belə sərnişinlər məcburi tibbi müayinədən keçmək və sorğu blanklarını doldurmaq üçün Vaşinqton Beynəlxalq Hava Limanına yönləndiriləcək.
Bildirilir ki, əlavə yoxlamalar xəstəliyin mümkün yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunub.
Sevinc Əliyeva
Ordu.az