Anar Quliyev: "WUF13 məqsədlərinə doğru addımlayır"

2026/05/Ekran-1779188688.jpg
Oxunub: 256     14:01     21 May 2026    
WUF13 məqsədlərinə doğru addımlayır.

Ordu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan milli dayanıqlı hədəfləri adaptasiya edir:

"WUF13-ün Bakıda keçirilməsi Azərbaycanda şəhərsalmada göstərdiyi sədaqətin nümunəsidir. Bu forumda alınacaq qərarları qətiyyətlə gerçəkləşdirəcək. Azərbaycan öhdəliklərini yaxşı bilir və atılacaq addımlar öz töhfəsini mütləq verəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anar-Quliyev   WUF13  


Bizi "telegram"da izləyin