Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı panel müzakirəsində deyib.
O, babasının vaxtilə Şuşada evi olduğunu xatırladıb:
"Həmin ev 1930-cu illərdə sovet hakimiyyəti tərəfindən müsadirə edilərək yetimlər üçün internat kimi istifadə olunurdu. Ermənistanın işğalı dövründə isə ev tamamilə dağıdılıb. Müharibədən sonra Şuşaya gedəndə yalnız daş qalıqlarını gördüm".
Ordu.az