Ordu.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi LIVE” efirində deyib.
Kobaxidze Brüsselin müəyyən dairələrinin Gürcüstan və Ermənistana münasibəti barədə suala cavab verib.
“Ermənistanla müqayisələr bizim üçün bir qədər narahat mövzudur, çünki biz qonşuyuq, çox isti münasibətlərimiz və strateji tərəfdaşlığımız var. Buna görə də özümüzü Ermənistanla müqayisə etməyəcəyik”, - deyə o bildirib.
Gürcüstan baş naziri əlavə edib ki, bəzi xarici qüvvələr Gürcüstan və Ermənistanı bir-birinə qarşı qoymağa çalışırlar.
“Bu cəhdlər heç bir istiqamətdə uğur qazanmayacaq. Biz Ermənistanı və erməni xalqını maksimum dəstəkləyirik”, - deyə Kobaxidze vurğulayıb.
O, həmçinin Nikol Paşinyana Gürcüstana münasibətinə görə təşəkkür edib.
Kobaxidze qeyd edib ki, Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsində Gürcüstanın mühüm rolunu açıq şəkildə etiraf edib.
Alpər Mövludoğlu
Ordu.az