Belarus nüvə zərbəsi üzrə təlimlərə başlayıb

2026/05/1779105823.jpg
Oxunub: 370     16:04     18 May 2026    
Belarusda nüvə silahının döyüş tətbiqi və nüvə təminatı bölmələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərə raket qoşunları və aviasiya bölmələri cəlb olunub.

Məlumata görə, hazırlıq çərçivəsində Rusiya tərəfi ilə əməkdaşlıq şəraitində nüvə sursatlarının daşınması və onların tətbiqinə hazırlıq məsələləri məşq edilir.

Nazirlik qeyd edib ki, təlimlərin əsas məqsədi şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması, silahların, hərbi və xüsusi texnikanın tapşırıqların icrasına hazırlığının yoxlanılmasıdır.

Bundan əlavə, “planlaşdırılmamış ərazilərdən döyüş tətbiqinin təşkili” məsələlərinin də işlənildiyi bildirilib.

Hərbi qurum vurğulayıb ki, əsas diqqət məxfilik məsələlərinə, uzaq məsafələrə yerdəyişmələrə, həmçinin qüvvə və vasitələrin tətbiqi üzrə hesablamaların aparılmasına yönəldiləcək.

Belarus Müdafiə Nazirliyi təlimlərin Birlik Dövləti çərçivəsində planlı tədbir olduğunu, üçüncü ölkələrə qarşı yönəlmədiyini və regional təhlükəsizlik üçün heç bir təhdid yaratmadığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Təlim  


Bizi "telegram"da izləyin