Tramp yadplanetlilər və kosmosdakı müharibə ilə bağlı görüntülər paylaşıb

2026/05/1779081248.jpg
Oxunub: 308     15:53     18 May 2026    
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yadplanetlilər və kosmosda aparılan hərbi əməliyyatlarla bağlı paylaşımlar edib.

Ordu.az xəbər verir ki, süni zəka vasitəsilə hazırlanmış görüntülərdən birində ABŞ lideri xüsusi xidmət əməkdaşlarının müşayiəti ilə yadplanetlini xatırladan boz humanoid məxluqla birlikdə gəzir.

“Kosmik Qüvvələr” başlıqlı digər paylaşımlarda isə Tramp Yerə yaxın orbitdə aparılan döyüş əməliyyatlarını idarə edir.

Məlumata görə, Tramp yayımladığı görüntülərlə bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, o, fevral ayında ABŞ hökumətinin Yer xaricində həyat formaları ilə bağlı sənədləri dərc etməyə başlayacağını vəd etmişdi.

Bundan əlavə, mayın 8-də Pentaqon naməlum uçan obyektlərlə bağlı ABŞ-nin ilk arxiv məlumatlarını yayımlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin