Ordu.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
Onun sözlərinə görə, bir neçə zərbə yaşayış məhəlləsinə dəyib, nəticədə geniş dağıntılar və yanğınlar baş verib.
Hücum nəticəsində çoxmənzilli və fərdi evlərə, dini tikiliyə, universitetə və müəssisəyə ziyan dəyib.
Ümumilikdə 18 nəfərin xəsarət aldığı bildirilir. Yaralananlar arasında iki yaşlı qız və on yaşlı oğlan da var.
Qanja qeyd edib ki, uşaqlar ambulator müalicə alır.
Onun sözlərinə görə, 8 nəfər xəstəxanaya yerləşdirilib və həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər.
Bundan başqa, Krivoy Roq şəhərində müəssisələrdən biri və infrastruktur obyektləri də hücuma məruz qalıb.
Burada iki nəfərin yaralandığı və xəstəxanaya çatdırıldığı bildirilib.
Vilayətin daha bir neçə rayonunun atəşə tutulduğu və dörd mülki şəxsin xəsarət aldığı qeyd olunur.
Məlumata görə, Rusiya tərəfi ötən gecə Odessaya da pilotsuz uçuş aparatları ilə hücum edib.
Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lisak bildirib ki, yaşayış binaları zədələnib və biri uşaq olmaqla iki nəfər yaralanıb.
Pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində lisey və uşaq bağçasının binalarına da ziyan dəyib.
Həmçinin infrastruktur obyektlərinə də zərbələr endirilib.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bildirib ki, Kiyevdə yaşayış binasına “hava-yer” raketi ilə zərbə endirilib.
Onun sözlərinə görə, istifadə olunan X-101 qanadlı raketi hücumdan qısa müddət əvvəl istehsal olunub.
Zelenski vurğulayıb ki, bu, Rusiyanın hələ də sanksiyalardan yayınaraq komponent və avadanlıq əldə etdiyini göstərir.
Ukrayna prezidenti Rusiyaya təzyiqin artırılmasına çağırış edib və qeyd edib ki, Ukrayna Avropanı və dünyanı bu cür hücumlardan qoruyur.
Sevinc Əliyeva
Ordu.az