Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, İsraildən Almaniyadakı ABŞ bazalarına enən çoxsaylı yük təyyarəsi sursatla yenidən yükləndikdən sonra qısa müddət ərzində İsrailə geri qayıdıb.
Xəbərdə bildirilib ki, İsrail ordusu İrana qarşı hücumların yenidən başlanması ehtimalına görə yüksək hazırlıq vəziyyətinə gətirilib və hazırlıqların tamamlanması üçün konkret tarix müəyyənləşdirilib.
Kanalın məlumatına əsasən, Təl-Əviv rəhbərliyi ABŞ Prezidenti Donald Trampın yaxın vaxtlarda İrana qarşı əməliyyatların bərpasına “yaşıl işıq” yandıra biləcəyini düşünür.
Qeyd olunub ki, İsrail Müdafiə Nazirliyi 2026-cı il aprelin 30-da ABŞ-dən 6 min 500 ton sursat və yüngül zirehli texnika daşıyan iki yük gəmisinin və bir neçə təyyarənin İsrailə çatdığını açıqlamışdı.
Bundan əvvəl ABŞ və İsrailin İrana qarşı mümkün hücumlarla bağlı intensiv hazırlıq apardığı barədə məlumatlar yayılmışdı.
Sevinc Əliyeva
Ordu.az