Yerli raket istehsalı Türkiyənin HHM-ində kritik rol oynayır

2026/05/Ekran-1779093607.jpg
Oxunub: 504     12:35     18 May 2026    
ROKETSAN-ın baş direktoru Murat İkinci hava hücumundan müdafiə sistemlərində davamlılığın əsas şərtinin yerli və milli imkanlarla hazırlanan, seriyalı istehsal edilə bilən raket sistemləri olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Murat İkinci yüksək sursat ehtiyatına malik ölkələrin belə intensiv münaqişələr zamanı ehtiyatlarını 10-12 gün ərzində ciddi şəkildə tükədə bildiyini vurğulayıb.

O qeyd edib ki, istehsal qabiliyyəti hava hücumundan müdafiə arxitekturasının ən vacib elementlərindən biridir.

“İstehsal edilə bilən raketlərin mövcudluğu və bu raketlərlə təhdidlərə qarşı cavab verə bilmək ən kritik faktorlardan biridir”, - deyə İkinci bildirib.

ROKETSAN rəhbəri son illərdə baş verən münaqişələrin göstərdiyini bildirib ki, dünyanın ən böyük ölkələri belə qısa müddətdə böyük həcmdə sursat ehtiyatını itirə bilir.

İkinci müharibə şəraitində hava hücumundan müdafiə sistemlərində istifadə olunan raket, sursat və digər materialların xaricdən təmin edilməsinin çox vaxt mümkün olmadığını deyib.

“Başqalarından gələn materiallarla davamlı hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil”, - deyə o qeyd edib.

Murat İkinci hava hücumundan müdafiə sahəsinin daim dəyişən təhdidlər səbəbindən davamlı inkişaf etdiyini də vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə ən böyük təhdidlərin kosmosdan gəlməsi ehtimal olunur.

İkinci əlavə edib ki, Türkiyə milli texnologiya və mühəndislik potensialını inkişaf etdirməyə davam edərsə, gələcəkdə dost və qardaş ölkələrə də qabaqcıl hava hücumundan müdafiə həlləri təqdim edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM   Raket  


Bizi "telegram"da izləyin