“Axios”: Tramp və Netanyahu İran məsələsini müzakirə edib

2026/05/1779089220.jpg
Oxunub: 381     11:28     18 May 2026    
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid məlumat yayıb.

Məlumata görə, tərəflər telefon danışığı zamanı İran məsələsini müzakirə ediblər.

“Tramp telefonla İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb və onunla İran məsələsini müzakirə edib”, - deyə Ravid “X” sosial şəbəkəsində yazıb.

Jurnalistin istinad etdiyi israilli anonim rəsmi baş tutan danışığın detalları ilə bağlı əlavə məlumat verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin