Trampın Pekin gedişi Putini niyə narahat edir? – İran dosyesində yeni balans formalaşır

2026/05/1779085684.jpg
Oxunub: 685     10:29     18 May 2026    
Pekindən Vaşinqtona qayıdarkən ABŞ prezidenti Donald Tramp onu müşayiət edən jurnalistlərlə brifinq zamanı çoxmənalı bəyanat verib: “İranın uranın zənginləşdirilməsi proqramını iyirmi il müddətinə dayandırmasında problem görmürəm, amma bu, real öhdəlik olmalıdır”.

Tramp eyni zamanda, öz ifadəsi ilə desək, “nüvə tozunu” İran ərazisindən çıxarmağa hazır olduğunu da təsdiqləyib. Trampın sözlərinə görə, ABŞ üçün bu əməliyyat “heç bir risk yaratmır”, çünki zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması üçün “bütün avadanlıqlar mövcuddur və bəlkə də Çindən başqa heç kimin belə imkanı yoxdur”.

Sonuncu vurğu onu göstərir ki, görünür, o, İranın zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması məsələsini Çin lideri Si Cinpin ilə müzakirə edib və “onların Çinə daşınmasına qarşı deyil”.

Bundan əvvəl mediada İranın zənginləşdirilmiş uran ehtiyatlarını “saxlanmaq üçün Rusiyaya təhvil verməyi təklif etdiyi, lakin Amerika tərəfinin bunu qəti şəkildə rədd etdiyi” barədə məlumat yayılmışdı.

Trampın Pekinə səfəri və Si Cinpinlə danışıqları Amerika ekspert dairələrinin narazılığına səbəb olsa da, belə təəssürat yaranır ki, ABŞ və Çin ən azı prinsipial razılaşmanın mümkünlüyü barədə anlaşmaya nail olublar. Çinin xarici işlər naziri Van İ mayın 15-də təsdiqləyib ki, Si Cinpin payızda dövlət səfəri ilə ABŞ-yə gedəcək.

Ehtimal olunur ki, “razılaşma” Konqresə aralıq seçkiləri ərəfəsində baş tuta bilər. Görünür, Tramp bu dəstəyi qazanmaq naminə İranın “nüvə tozunu Si Cinpinə təhvil verə” bilər. Bu halda isə belə çıxacaq ki, Tramp və Si Putini “alçaldırlar”. Əlbəttə, əgər İran “nüvə tozu”nu Çinə verməyə razılaşsa…

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Çin  


Bizi "telegram"da izləyin