“Axios”: Donald Tramp bu həftə İrana qarşı hərbi əməliyyatları müzakirə edəcək

2026/05/1778436283.jpg
Oxunub: 499     09:08     18 May 2026    
ABŞ prezidenti Donald Tramp bu həftə milli təhlükəsizlik komandası ilə İrana qarşı mümkün hərbi əməliyyatları müzakirə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, planlar diplomatik təşəbbüslərin nəticəsiz qalması fonunda gündəmə gəlib.

Bildirilib ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır və regionda eskalasiya riski davam edir.

Eyni zamanda, İran və ABŞ arasında İslamabadda aparıldığı bildirilən danışıqların qeyri-müntəzəm xarakter daşıdığı və hələlik nəticə vermədiyi qeyd olunub.

Məlumata əsasən, İsrail elan olunan atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələri davam etdirir.

Bundan başqa, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ tərəfindən Hörmüz boğazının blokadası davam etdiyi təqdirdə Fars körfəzinin cənubundakı bütün ABŞ bazalarını sıradan çıxarmağa hazır olduğunu açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin