Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, görüş ABŞ prezidentinin Virciniya ştatında yerləşən qolf klubunda baş tutub.
Görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və ABŞ administrasiyası rəhbərinin xüsusi nümayəndəsi Stiv Uitkof iştirak ediblər.
Bildirilib ki, Ağ Ev rəhbəri həftə ərzində yenidən milli təhlükəsizlik komandası ilə görüşəcək.
CNN qeyd edib ki, Donald Tramp İran İslam Respublikasına qarşı hərbi əməliyyatların bərpası barədə qərar verəcəyi halda, Pentaqon artıq bir neçə zərbə planı hazırlayıb.
Məlumata görə, potensial hədəflər siyahısına İranın enerji və infrastruktur obyektləri daxildir.
Sevinc Əliyeva
Ordu.az