“Al Jazeera”: Qətərin Baş naziri Pakistanın vasitəçilik səylərini müzakirə edib

2026/05/1779047187.jpg
Oxunub: 441     23:45     17 May 2026    
Qətərin Baş naziri Pakistanın İranla bağlı vasitəçilik təşəbbüslərini pakistanlı həmkarı ilə telefon danışığında müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Qətər Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Pakistanın böhranın sülh yolu ilə həllinə yönəlmiş vasitəçilik səylərinə tam dəstək verdiyini bəyan edib.

Məlumata görə, daha əvvəl Pakistanın İrandakı səfirliyi Prezident Məsud Pezeşkianın Tehranda Pakistanın daxili işlər naziri ilə 90 dəqiqə davam edən görüş keçirdiyini açıqlayıb.

Qeyd olunub ki, Pakistan rəsmisi ABŞ ilə aparılan danışıqları müzakirə etmək üçün İrana səfər edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Pakistan  


Bizi "telegram"da izləyin