Ordu.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı Tramp ilə telefon danışığına istinadən məlumat yayıb.
Məlumata görə, Tramp yaxın günlərdə Tehranın yenilənmiş təklif təqdim edəcəyini gözləyir.
ABŞ Prezidenti danışıqlar üçün son tarix açıqlamaqdan imtina etsə də, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirməyəcəyi halda daha sərt hərbi addımlar atılacağını bildirib.
“Biz razılaşma əldə etmək istəyirik, amma iranlılar hazırda görmək istədiyimiz nöqtədə deyillər. Onlar buna çatmalıdırlar, əks halda ciddi zərbə alacaqlar. Əgər daha sərfəli təkliflə gəlməsələr, indiyədək etdiyimizdən daha güclü zərbə vuracağıq”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, həmin gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi telefon danışığı müsbət keçib və əsasən İranla müharibə məsələsinə həsr olunub.
Sevinc Əliyeva
Ordu.az