“NBC News”: Lindsi Qrem Trampı İrana təzyiqi artırmağa çağırıb

2026/05/1779036303.jpg
Oxunub: 453     20:46     17 May 2026    
ABŞ senatoru Lindsi Qrem Prezident Donald Trampı İrana qarşı hərbi təzyiqləri artırmağa çağırıb.

Ordu.az xəbər verir ki, senator bu barədə “NBC News” telekanalına müsahibəsində danışıb.

Qrem bildirib ki, münaqişənin uzanması və danışıqlarda irəliləyişin olmaması “hamıya zərər vurur”.

Onun sözlərinə görə, Hörmüz boğazı nə qədər uzun müddət bağlı qalsa və nəticəsiz danışıqlar davam etsə, İran bir o qədər güclənəcək.

Senator vurğulayıb ki, ABŞ-nin əlavə hədəfləri və Tehrana daha ciddi zərbə vurmaq imkanları mövcuddur.

Qrem iddia edib ki, İran rəhbərliyi məqsədlərini dəyişməyib və əvvəlki kimi terrorizmi dəstəkləməyə, İsraili məhv etməyə və ABŞ-ni təhdid etməyə çalışır.

Senatorun açıqlaması ABŞ-İran danışıqlarının dalana dirəndiyi və Hörmüz boğazının bağlı qalmasının dünya neft qiymətlərini kəskin artırdığı bir vaxtda səslənib.

“NBC News”un məlumatına görə, ABŞ-də benzinin orta qiyməti İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra 51 faiz artıb.

Qrem bildirib ki, Vaşinqton “İranı küncə sıxışdıracağı” təqdirdə yanacaq qiymətləri azalacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrem   Tramp   İran  


Bizi "telegram"da izləyin