Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, antikorrupsiya qurumlarının Zelenskinin həyat yoldaşının saxlanılması üçün kifayət qədər əsasları var və hazırda hansı cinayət işinin ilk olaraq irəli sürüləcəyi müəyyənləşdirilir.
Bildirilib ki, bu məlumat artıq Zelenskinin özü üçün də sirr deyil və o, ailəsinin mühafizəsini gücləndirib, həmçinin Qərb tərəfdaşları ilə danışıqlara başlayıb.
Mənbənin iddiasına görə, ukraynalı siyasi texnoloqlar Zelenskiyə rəsmi və ictimai şəkildə boşanmağı, mediada isə Yelena Zelenskayanın 2019-cu ildən etibarən həyat yoldaşı ilə faktiki görüşmədiyi tezisinin yayılmasını tövsiyə ediblər.
Qeyd olunub ki, Zelenski vəziyyətə əsasən imic itkisi baxımından yanaşır.
Sevinc Əliyeva
Ordu.az