Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalına Tehrandakı “Diplo House” analitik mərkəzinin direktoru Həmidrza Qulamzadə açıqlama verib.
Qulamzadə bildirib ki, ritorikaya baxmayaraq, bütün ölkələr gəmilərin keçid şərtləri ilə bağlı İrana müraciət edir.
Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron İran rəhbərliyi ilə danışaraq Parisin keçiddən istifadə icazəsi almaq üçün Tehranla işlədiyini və razılaşmanın şərtlərini qəbul etdiyini bildirib.
İranlı ekspert qeyd edib ki, həmin ölkələrin strateji neft ehtiyatları tükənmək üzrədir və buna görə də müəyyən addımlar atmağa məcburdurlar.
Qulamzadə vurğulayıb ki, İranın mövqeyi Hörmüz boğazı məsələsində “amerikalıların icazəsinə ehtiyac olmadığı” istiqamətindədir.
“İran öz sularına özü nəzarət etməlidir və bunun üçün yeni çərçivələr formalaşdırır”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az