Netanyahu bu gün Trampla telefon danışığı aparmaq niyyətindədir

2026/05/1778323303.jpg
Oxunub: 426     15:40     17 May 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu mayın 17-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə "TASS" Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.

"Bu gün mən Prezident Trampla danışacağam. Onun Çinə səfərindən təəssüratlarını mütləq eşidəcəyəm", - Baş nazir bildirib.

Netanyahu həmçinin qeyd edib ki, İsrail İranı diqqətlə izləyir.

"Əlbəttə, variantlar çoxdur, biz istənilən ssenariyə hazırıq", - İsrail Baş naziri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin