Liviyaya partlayıcı maddə daşıyan Ukrayna təyyarəsi Trinidad və Tobaqoda saxlanılıb

2026/05/1779003608.jpg
Oxunub: 440     11:36     17 May 2026    
Liviyaya partlayıcı maddələr daşıyan Ukraynaya məxsus təyyarə uçuş icazəsi almamışdan əvvəl Trinidad və Tobaqoda müvəqqəti eniş edib.

Ordu.az xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.

Baham adalarından gələn təyyarə cümə axşamı Port-of-Speyndə yerləşən “Piarco” Beynəlxalq Hava Limanına yanacaq doldurmaq məqsədilə eniş edib. Daha sonra onun Kabo-Verde vasitəsilə Liviyaya uçmalı olduğu bildirilib ki, bu da polis orqanlarında şübhə yaradıb.

Trinidad və Tobaqo Hava Limanları Administrasiyasının (AATT) açıqlamasında qeyd olunub ki, immiqrasiya xidməti əməkdaşları təyyarənin beynəlxalq aviasiya və təhlükəsizlik protokollarına uyğun şəkildə bəyan edilməmiş partlayıcı maddələr daşıdığını müəyyən ediblər.

Açıqlamada bildirilib ki, aparılan araşdırma nəticəsində pilot və ekipaj üzvlərinin məsuliyyət daşımadığı qənaətinə gəlinib. “Buna görə də uçuş icazəsi verildi və təyyarə ilə ekipajın Trinidad və Tobaqodan ayrılmasına icazə verildi”, - deyə məlumatda vurğulanıb.

Maskaradları və çimərlikləri ilə tanınan, Venesuela sahillərindən təxminən 10 kilometr məsafədə yerləşən kiçik ingilisdilli Trinidad və Tobaqo arxipelaqı həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi mərkəzi kimi tanınır.

2021-ci ildən etibarən ölkədə cinayətkarlıq səbəbindən dörd dəfə fövqəladə vəziyyət elan olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   Ukrayna   Trinidad-və-Tobaqo  


Bizi "telegram"da izləyin