Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Yaxın Şərqdə və İran ətrafındakı böhranlı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
Hər iki tərəf regionun bütün dövlətlərinin maraqları nəzərə alınmaqla kompromisli sülh razılaşmalarının hazırlanmasına yönəlmiş siyasi-diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Həmsöhbətlər siyasi və ticarət-iqtisadi sahələrdə Rusiya-BƏƏ əməkdaşlığının uğurla inkişaf etməsindən qarşılıqlı məmnunluq ifadə ediblər. Liderlər ikitərəfli aktiv təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Sevinc Əliyeva
Ordu.az