ABŞ Konqresində Ukraynaya yeni maliyyə yardımı paketinə şübhə ilə yanaşırlar

2025/05/1746508845.jpg
Oxunub: 454     20:17     16 May 2026    
ABŞ Konqresinin “yəqin ki, Ukraynaya ayrılacaq yeni maliyyə yardımı paketini təsdiqləməyəcəyi”, eyni zamanda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəklədiyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Brayan Mast “Azadlıq Radiosu”na müsahibəsində danışıb.

Onun fikrincə, Avropa ölkələri Ukraynaya dəstək məsələsində “daha böyük məsuliyyəti” öz üzərlərinə götürməlidirlər, çünki müharibə “onların qapıları önündə” baş verir.

“Mən inanmıram ki, siz Ukraynanın təhlükəsizliyinə dəstək üçün 6 milyard dollar, 60 milyard dollar və ya hər hansı başqa məbləğdə yeni ABŞ yardım paketi görəcəksiniz”, - deyə o bildirib.

Konqresmenin sözlərinə görə, Vaşinqton Ukraynaya kəşfiyyat dəstəyi verməyə davam edəcək və “hətta Konqres yeni genişmiqyaslı yardım paketini təsdiqləməsə belə”, silah satışına, eləcə də ötürülməsinə icazə verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin