Roma Papası təxminən 20 ildən sonra ilk dəfə Fransaya səfər edəcək

2026/05/1778948422.jpg
Oxunub: 433     20:14     16 May 2026    
Vatikan şənbə günü bildirib ki, Roma Papası XIV Leo sentyabrın 25-28-də Fransaya rəsmi dövlət səfəri edəcək. Bu, Vatikan rəhbərinin son təxminən iki onillikdə Fransaya ilk rəsmi səfəri olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Vatikanın mətbuat xidmətinin açıqlamasında bildirilib ki, səfər “ölkə rəhbərinin, kilsə hakimiyyətinin və UNESCO-nun baş direktorunun dəvətinə cavab olaraq” həyata keçiriləcək. Səfər çərçivəsində pontifik Parisdə yerləşən UNESCO-nun mənzil-qərargahını ziyarət edəcək.

Pontifik həmçinin Fransanın cənub-qərbində yerləşən məşhur katolik ziyarətgahı Lurda səfər edəcək.

Tarixdə papalıq taxtına çıxmış ilk amerikalı olan Roma Papası XIV Leo son həftələrdə İran böhranı məsələsində müharibə əleyhinə mövqe tutduğuna görə ABŞ Prezidenti Donald Tramp tərəfindən sərt tənqid olunub.

Onun Fransaya səfəri, eləcə də daha əvvəl açıqlanmış iyun ayında İspaniyaya planlaşdırılan səfəri Vatikan rəhbərinin Avropanın dünyəvi katolik ölkələri ilə əlaqələri gücləndirməyə maraq göstərdiyini nümayiş etdirir.

Bu, Roma Papasının son 18 ildə Fransaya ilk səfəri olacaq.

Fransa Prezidenti Emmanuel Makron şənbə günü bu xəbəri alqışlayaraq sosial şəbəkədə yazıb: “Papa XIV Leonun Fransaya səfərini təsdiqləməsindən məmnunuq. Gələn ilin sentyabrında baş tutacaq səfər ölkəmiz üçün şərəf, katoliklər üçün sevinc və hər kəs üçün böyük ümid anı olacaq”.

Makron apreldə Vatikana səfər etmiş və burada Fransa Yepiskoplar Konfransının prezidenti kardinal Jan-Mark Avelinin dəvətini bir daha qəbul etmişdi.

İyunda Roma Papası XIV Leonun İspaniyaya səfəri planlaşdırılır. O, Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə görüşəcək, həmçinin Barselona və Kanar adalarını ziyarət edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Fransa  


Bizi "telegram"da izləyin