Fransalı hakim Camal Qaşıqçının qətli ilə bağlı istintaqa rəhbərlik edəcək

2026/05/1778943722.jpg
Oxunub: 411     18:58     16 May 2026    
Jurnalist Camal Qaşıqçının qətli ilə bağlı istintaqa rəhbərlik etmək üçün fransalı hakimin təyin olunduğu bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Fransanın Milli Antiterror Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, işgəncə və zorla yoxa çıxarma ittihamları üzrə aparılan istintaq Paris Apellyasiya Məhkəməsinin 2026-cı il mayın 11-də qəbul etdiyi qərardan sonra başlayıb.

Qərarla “TRIAL International” və “Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatlarının təqdim etdiyi iddialar məqbul hesab olunub.

Qaşıqçının işəgötürəni tərəfindən təqdim edilən ayrıca müraciət isə qəbuledilməz sayılıb.

Camal Qaşıqçı 2018-ci il oktyabrın ayında İstanbulda Səudiyyə Ərəbistanının konsulluğunda səudiyyəli agentlər tərəfindən öldürülərək parçalanıb.

ABŞ kəşfiyyatının qənaətinə görə, əməliyyat Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın göstərişi ilə həyata keçirilib.

Vəliəhd şahzadə qətl əmri verdiyini inkar etsə də, hadisənin onun “nəzarəti altında” baş verdiyini qəbul edib.

Qeyd olunur ki, Fransada başladılan istintaq bu iş üzrə yeni hüquqi imkanlar yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Camal-Qaşıqçı  


Bizi "telegram"da izləyin