“Sputnik Armenia”: Almaniyadan deportasiya olunan şəxsləri daşıyan yeni təyyarə Ermənistana gəlib

2026/05/1778943276.jpg
Oxunub: 411     18:51     16 May 2026    
Almaniyadan deportasiya olunan şəxsləri daşıyan növbəti çarter reysinin Ermənistana gəldiyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, təyyarə daha sonra Ermənistandan yenidən Almaniyaya qayıdıb və bu səbəbdən onun göyərtəsində yalnız Ermənistan vətəndaşlarının olduğu ehtimal edilir.

“Sputnik Armenia” qeyd edib ki, bu, 2026-cı ildə Almaniyadan Ermənistana həyata keçirilən artıq üçüncü deportasiya reysidir.

Bundan əvvəl daha iki reys fevral ayında baş tutub və həmin uçuşlardan biri Gürcüstan vətəndaşlarını da daşıyıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ermənistan  


Bizi "telegram"da izləyin