Vuçiç sabah Azərbaycana, daha sonra Çinə səfər edəcək

2026/05/1778942785.jpg
Oxunub: 486     18:44     16 May 2026    
Serbiya Prezidenti Aleksandar Vuçiç sabah Azərbaycana, daha sonra isə Çinə səfər edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Blic” nəşri məlumat yayıb.

Vuçiç bildirib ki, Çin Xalq Respublikasına rəsmi səfərlə yollanırlar və bu səfərlə bağlı böyük gözləntiləri var.

“Sabah Azərbaycana gedirəm. Tramp və Putindən sonra biz rəsmi səfərlə Çin Xalq Respublikasına yollanırıq və orada böyük gözləntilərimiz var. Böyük dəyişikliklər baş verib”, - deyə Serbiya Prezidenti bildirib.

Onun sözlərinə görə, Serbiya Çinə ixracın həcmini 330 dəfə artırıb.

“Bizim heç bir zavodumuz yox idi, amma bu gün ölkəmizdə Çinə məxsus 37 zavod fəaliyyət göstərir. Ən ciddi hazırlıq işləri aparılır. Bu, mənim prezidentlik karyeramın zirvəsidir”, - deyə Vuçiç vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Azərbaycan   Çin  


Bizi "telegram"da izləyin