Ordu.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri Səidə əl-Xanut kəndində bir neçə evdə axtarış aparıblar, lakin saxlanılanlarla bağlı məlumat verilməyib.
Digər insident zamanı isə İsrailə məxsus üç tank Quneytranın cənubunda yerləşən Əl-Mualləqə kəndinin kənarındakı Təl əl-Dreyyat bölgəsi istiqamətində irəliləyib, daha sonra geri çəkilib.
Sevinc Əliyeva
Ordu.az